Terror qruplaşması internetdə audiomüraciət yayıb…
Terror qruplaşması internetdə audiomüraciət yayıb.
İŞİD terror qruplaşması Qərb ölkələrində yeni terror aktlarına hazırlaşdığını bəyan edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror qruplaşması bu barədə internetdə audiomüraciət yayıb.
“France Presse” xəbər agentliyinin verdiyi məlumata görə, sözügedən audioyazı internetdə İŞİD terror qruplaşmasının nümayəndələri tərəfindən yerləşdirilib.
Qeyd edək ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumu nəticəsində 12 nəfər ölmüşdü. Yanvarın 10-da Port-de-Vensenedə ticarət mərkəzində girovlar xilas edilərkən dörd nəfər ölmüşdü.