“Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlman qaragüruhun işi deyil”…
“Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlman qaragüruhun işi deyil”.
Rusiyalı rejissor Nikita Mixalkov Serbiyada “Kustendorf” kinofestivalında çıxışı zamanı “Qriboyedov” serialı üzərində işə başladığını bəyan edib.
12-15 seriyadan ibarət olacağı güman edilən telelayihə üçün tammetrajlı film də montaj edilib.
Bu barədə TASS xəbər verir.
Süjetin əsasında rusiyalı yazıçının ölümü dayanır.
“Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlman qaragüruhun deyil, ingilislərin planlaşdırdığı soyuqqanlı bir qətldir, çünki o, İpək yolunda onlara mane olurdu”, – deyə, Mixalkov bildirib.
Onun sözlərinə görə, əvvəllər bu əsəri Dağlıq Qarabağdakı hadisələrlə bağlı çəkə bilməyiblər.
Rejissorun sözlərinə görə, “Qriboyedovun” ssenarisi hələ 1985-ci ildə yazılıbmış. Onun müəllifləri Mixalkovun özü, həmçinin Aleksandr Adabaşyan, Yuri Loşits və İrakli Kvirikadzedir. 1980-cı illərin sonunda çəkilişlərin bir hissəsinin getdiyi Dağlıq Qarabağ ətrafındakı gərgin vəziyyətlə əlaqədar film üzərində işlər dayandırılıb.
“Biz o zaman bu əsəri Qarabağa görə çəkə bilmədik. Orada müharibə başlamışdı və bizim üçün bunu etmək qeyri-mümkün idi”, – deyə, o, bildirib və xatırladıb ki, “Qriboyedov Qarabağa erməni ailələrini köçürüb: İrana aparılmış 40 min erməni girovunu oradan çıxarıb”.