FTB ondan üzr istəməli oldu…
FTB ondan üzr istəməli oldu.
Federal Tədqiqatlar Bürosu (FTB) tərəfindən qanunsuz həbs olunan müsəlman – Abdalla əl-Kidd ABŞ hökumətindən 385 min dollar məbləğində təzminat almağa nail olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, buna onun 10 il vaxtı gedib.
2002-ci ildə FTB Abdallanın tanışını terrorçuları maliyyələşdirməkdə ittiham edib. O zaman əl-Kidd Aydaho ştatında universitetdə təhsil alırdı. O, istintaq ilə fəal şəkildə əməkdaşlıq edib, amma 2003-cü ildə onu Səudiyyə Ərəbistanına uçarkən gözlənilmədən saxlayıblar.
Əl-Kidd ABŞ vətəndaşı olub, onu heç bir ittiham irəli sürülmədən 16 gün həbsxanada saxlayıblar, sonra isə azad ediblər. Məlum olub ki, FTB, əl-Kidd ABŞ ərazisini tərk edərsə, məhkəmədə tanışının əleyhinə ifadə verməyəcəyini ehtimal edib.
2005-ci ildə əl-Kidd ABŞ hökumətinə qarşı iddia irəli sürərək, onları konstitusiya hüquqlarını pozmaqda ittiham edib. O, pul təzminatından başqa, FTB-nin ondan üzr istəməsinə də nail olub.
Tanışının işi üzrə isə əl-Kidd şahid qismində çıxış etməyib.