Keçən il üçün Rusiyadan 151 milyard dollar çıxarılıb

Kapital axının maksimal həddi 2014-cü ilin IV rübündə müşahidə edilib…

Kapital axının maksimal həddi 2014-cü ilin IV rübündə müşahidə edilib.

Rusiyadan kapital axını 2014-cü il ərzində bütün proqnozlardakı göstəriciləri ötərək 151,5 milyard dollardan ibarət olub.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu rəqəmi Rusiyanın Mərkəzi Bankı açıqlayıb.

Bununla yanaşı, ən güclü axın keçən ilin payızında Rusiya üçün xarici bazarların faktiki olaraq bağlanıldığı və yeni sanksiyaların tətbiq olunduğu dövrdə oldu.  

Mərkəzi Bankın təqdim etdiyi dəyərləndirməyə əsasən, 2014-cü ildə Rusiyadan təmiz kapital axını 151,5 milyard dollardan ibarət olub. 2013-cü ildə göstərici 61 milyard dollardan ibarət idi. Beləliklə, kapital axını 2,5 dəfə artıb.

Kapital axının maksimal həddi 2014-cü ilin IV rübündə müşahidə edilib – özəl sektor tərəfindən kapitalın çıxarılması 72,9 milyard dollardan ibarət olub. I rübdə axın 48,5 milyard dollar, II rübdə 22,4 milyard dollar, III rübdə 7,7 milyard dollardan ibarət olub.

2014-cü ilin oktyabrında Rusiyanın Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlama Departamentinin direktoru Maksim Oreşkin proqnoz vermişdi ki, il ərzində kapital axını 90-100 milyard dollar həddində olacaq.

2014-cü ilin noyabr ayında Mərkəzi Bank cari il ərzində kapital axınını 128 milyard dollar həcmində proqnozlaşdırmışdı. Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda 2014-cü ilin nəticələrinə görə kapital axınını 120-130 milyard dollar kimi dəyərləndirmişdi.

www.oxu.az