Müdafiə Nazirliyi: Cəbhədə itki verməmişik

Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir…

Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

www.oxu.az