Rusiyalılar 2018-ci ildən sonra da Putinə “hə” deyirlər

Seçicilərin 54%-i ona alternativ görmürlər…

Seçicilərin 54%-i ona alternativ görmürlər.

Rusiya əhalisinin yarıdan çoxu Vladimir Putini 2018-ci ildən sonra da Rusiya prezidenti vəzifəsində görmək istəyirlər, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.

2014-cü il 19-22 dekabr tarixlərində keçirilmiş sorğuya əsasən, əhalinin 55%-i Putinin 2018-ci ildə yenidən prezident olmasını istəyir.

Rəyi soruşulanların 18%-i hesab edir ki, 2018-ci ildə başqası prezident olmalıdır, 10% isə Vladimir Putinin  siyasətini davam etdirəcək başqa bir şəxsə üstünlük verirlər.

Bundan başqa, rusiyalıların 54%-i əmindirlər ki, hazırda Rusiyada Vladimir Putini əvəzləməyə qadir bir adam yoxdur. Respondentlərin 24%-i düşünür ki, lazım gələrsə, Putini əvəzləyəcək adam tapmaq olar.

www.oxu.az