Nazirlik məlumat yaydı…
Nazirlik məlumat yaydı.
Azərbaycanda aqroparkların yaradılması, suvarma sistemlərinin quraşdırılması, kənd təsərrüfatı texnikalarının istehsalı üzrə birgə müəssisələrin yaradılması kimi sahələrdə əməkdaşlıq nəzərdən keçirilə bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Çin Xalq Respublikasının “Poly Technologies” şirkətinin vitse-prezidenti Yuy Fuçjenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
“Poly Technologies” şirkətinin vitse-prezidenti Yuy Fuçje isə təmsil etdiyi şirkətin Çində aparıcı yerlərdən birini tutduğunu, infrastruktur layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji sahəsində, həmçinin kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu söyləyib.