“Aprelin 24-də cənab Əliyevlə birlikdə Çanaqqalada olacağıq”…
“Aprelin 24-də cənab Əliyevlə birlikdə Çanaqqalada olacağıq”.
Bu il Türkiyə Böyük yeddilərin (G20) iclasına ev sahibliyi edəcək. Biz də ev sahibi haqqımızdan Azərbaycan üçün istifadə etdik. Azərbaycan bizim tərəfimizdən aldığı dəvətlə G20-də iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Prezidentiİlham Əliyevlə birgə mətbuat konfransında qardaş ölkənin dövlət başçısıRəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti onu da əlavə edib ki, Azərbaycan G20-nin bütün müzakirələrində iştirak edəcək.
Bundan başqa, Azərbaycanın lideri 2015-ci il aprelin 24-də qeyd olunacaq Çanaqqala savaşının 100-cü ildönümü mərasiminə də dəvət alıb.
“İldönümü mərasimi ilə bağlı dünyada bir çox dövlət və hökumət başçılarına dəvət göndərdik. Aprelin 24-də cənab Əliyevlə birlikdə Çanaqqalada olacağıq”.
Öz növbəsində, Azərbaycan Prezidenti bu dəvətə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.