“Manat artıq avrodan bahadır”…
“Manat artıq avrodan bahadır”.
Neftin qiyməti praktiki olaraq hər gün ucuzlaşaraq son illərdə olan rekord həddə çatıb: yanvar ayının 14-də Brent və WTI markalı neftin qiyməti bir barel üçün 46 dollardan ucuz olub.
Çox güman ki, əgər kotirovkaları 2008-2009-cu illər üçün olan göstəricilər üçün müqayisə etsək və analitiklərin proqnozlarına inansaq bu, hələ son deyil.
Bir çox neft hasil edən ölkələr üçün bu, bu gün bir nömrəli problemdir. Amma postsovet məkanında neft çıxarılması ilə məşğul olan neft bazarlarından gündəlik xəbərləri sevinclə qarşılamasalar da panika ilə reaksiya verməyən dövlət var. Bu, Azərbaycandır.
Oxu.Az xəbər verir ki, bu barədə Deutsche Welle-də (“Alman dalğası”) dərc edilmiş “Neftin qiymətinin ucuzlaşması Rusiya üçün olduğu kimi, Azərbaycan üçün qorxulu deyil” adlı məqalədə deyilir.
Məqalədə qeyd edilir ki, neftin qiymətinin ucuzlaşması ucbatından Rusiyada rubl 2014-cü ildə olan dəyərindən 40 faiz ucuzdur və ucuzlaşmaqda davam edir, bu isə böhranı sürətləndirir.
Azərbaycan manatı isə öz dəyərini faktiki olaraq saxlayıb, hətta avroya nisbətdə möhkəmləndirib də. Buna alman-Azərbaycan əmtəə-istehsalat palatasının icraçı direktoru və idarə heyətinin üzvü Florian Şröyder (Florian Schröder) diqqəti cəlb edib.
“İndiyə qədər Azərbaycana dollar kütləsinin azalması üçün külli miqdarda pul yatırılıb. Bu tədbirin və neftin qiymətinin ucuzlaşması, cəmdə sıfıra bərabər effekt verdi. Manat avrodan bahadır. Güclü manat ixrac iqtisadiyyatı üçün problemdir”, – o qeyd edib.
Amma kursun enməsi üçün Şröyder xüsusi səbəb görmür:
“Əgər devalvasiya olsa, mənim fikrimcə, səthi olacaq”.
Azərbaycanın vəziyyəti Rusiyanın vəziyyətindən kəskin şəkildə fərqlənir, rublun dəyərdən düşməsinin səbəbi kapital axını və xarici investorların getməsi oldu, Şröyder təhlil edir:
“Azərbaycanda buna bənzər heç nə müşahidə edilmir”.
Bakı bu gün də iqitsadi inkişafın yüksək göstəricilərini nümayiş etdirir, məqalədə qeyd edilir:
“Bu, 2000-ci illərin ortalarında olan 20 faizlik sıçrayışlar deyil, amma 2015-ci ilə Dünya Bankının ÜDM proqnozu 4,3%-dən ibarətdir. Azərbaycan iqtisadiyyatının özəlliyi Rusiya iqtisadiyyatı ilə müqayisədə, o qlobal iqtisadiyyata elə də güclü sövq etməyib və ona görə də xarici şoklardan daha yaxşı qorunub”, – Şröyder deyib.
Amma əgər neftin qiymətləri əvvəlki səviyyəyə qayıtmasa, Bakı əlavə tədbirlərsiz keçinə bilməz, ekspertlər əmindirlər.
“Axı, ölkə büdcəsi neftin bir barelinin 90 dollar orta illik qiyməti ilə müqayisə edilib. Azərbaycanın Mərkəzi Bankı 2014-cü ilin payızında 2015-ci il üçün proqnozlarını kotirovkaların bir barel üçün 90 dollar həddinə qayıdacağı ehtimalı üzərində qurub, bu, Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitik məktubunda qeyd edilib. Neftin dünya bazarlarında azalması, kotirovkaların isə sürətlə artması ehtimalı varmı?”, – məqalədə qeyd edilib.
“Azərbaycan hakimiyyəti cari il üçün büdcəyə yenidən baxmalı olacaq. Gəlirlər maddəsində aşkar problemlər yaranır, amma bu, Bakı siyasətçiləri üçün həlledilməz deyil”, – Almaniya əmtəə-istehsalat palatasının Şərqi Avropada Federal Birliyinin (DIHK) rəhbəri Tobias Bauman (Tobias Baumann) belə hesab edir.
Amma Azərbaycan ən pessimist ssenaridə belə öz makroiqtisadi sabitliyi üçün narahat olmaya bilər, məqalədə qeyd edilib:
“Azərbaycan əhalinin sayına görə ən aşağı borc səviyyəsinə malik ölkələrdən biridir. Neft Fondunda (SOFAZ), eləcə də Mərkəzi Bankda ehtiyatlar mövcuddur. Mövcud rəqəmləri interpretasiya edirəm, belə ki, bu gün mövcud olan şərtlərə əsasən neftin bir barelinin qiyməti 50 dollar olduğu halda belə ölkə 10 il dayanacaq”, Florian Şröyder yekunlaşdırıb.