“Sakit olun”…
“Sakit olun”.
Belarusda seçkilər tam ədalətli, beynəlxalq standartlara müvafiq olan konstitusiya əsasında keçiriləcək. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko yanvar ayının 15-də beşinci çağırış Milli Məclisi Nümayəndələrinin Palatasının növbədənkənar sessiyasının altıncı iclasında çıxış edərkən bəyan edib.
Oxu.Az bu barədə BELTA-ya istinadən xəbər verir.
“Bizə, Belarusda seçkilərin beynəlxalq standartlar prinsipinə əsasən keçirilməsinə məcbur etmək barədə eyham vurulur. Sakit olun, Belarusda seçkilər istisna şəkildə, konstitusiyaya uyğun, ədalətli keçiriləcək. Mən dəfələrlə, qışda çətin olacaq, yazda çox asan kimi, zamana, konyukturaya, şəraitə görə uyğunlaşmayacağımızı demişəm, ona görə də tezliklə seçkilər keçirib, daha çox səs əldə etmək lazımdır”, dövlət rəhbəri bəyan edib.
Prezident buna ehtiyacın olmadığından əmin edib.
“Əgər xalq bizə inanırsa o, bizi ən çətin anlarda belə dəstəkləyəcək. Amma belə zamanlar Belarusda olmayacaq. Mən hamını əmin edə bilərəm ki, bizim tərəfimizdən və bizim ərazidə yaranmayan kataklizmlərin nəticələrini minimuma endirmək üçün hər şey edəcəyik”, – Belarusun prezidenti vurğulayıb.