Bir ildə 7679 müəssisə yaradılıb

Yeni müəssisələrin 57,4 faizi Bakıda qeydiyyatdan keçib…

Yeni müəssisələrin 57,4 faizi Bakıda qeydiyyatdan keçib.

2014-cü ildə Azərbaycanda 7679 müəssisə yaradılıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, yeni müəssisələrin 57,4 faizi Bakıda, 9,8 faizi Aran, 7,9 faizi Abşeron, 7,0 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 75 126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

www.oxu.az