“Vəziyyətdən çıxış yolu tapmaq lazımdır”…
“Vəziyyətdən çıxış yolu tapmaq lazımdır”.
ATƏT-in Minsk qrupunun üzvləri tərəflərin bir-biri ilə danışmağa davam etmələrində maraqlıdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı nümayəndəsi Klark Prays NEWS.am müxbirinin sərhəddə və təmas xəttində vəziyyətin son gərginləşməsinə dair şərh verməsi xahişinə cavab olaraq bəyan edib.
Onun sözlərinə görə, həmsədrlər həmçinin tərəflərin eskalasiyanı dayandırmaq üçün yol tapmalarında da maraqlıdırlar.
Diplomat qeyd edib ki, Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik mikrobloqunda ABŞ-ın mövqeyini əks etdirən ismarıc qoyub.
“Biz əlbəttə ki, vəziyyəti diqqətlə müşahidə edirik” – o bəyan edib.