Yaponiyadan Krımla Kurilin müqayisəsi… və Rusiyadan sərt hədə

Yaponiyanın nüfuzlu qəzetlərindən biri son nəşrində Krımla Kuril adalarını müqayisə edib və Rusiyanı tarixi təhrif etməməyə çağırıb…

 

Yaponiyanın nüfuzlu qəzetlərindən biri son nəşrində Krımla Kuril adalarını müqayisə edib və Rusiyanı tarixi təhrif etməməyə çağırıb.

 

Yaponiya hakimiyyəti hesab edir ki, Ukraynaya münasibətdə Rusiyanın qəsbkarlıq siyasəti və Krımın zəbt edilməsi Kuril problemi ilə müqayisə edilə bilər.

 

“Belçikaya səfər zamanı Yaponiyanın xarici işlər naziri Fumio Kisida (Fumio Kishida) vurğulayıb: “Ukraynada vəziyyət gücün hesabına dəyişdirilib. Bu, Yaponiyanın şimal ərazilərinə də aiddir “.

 

Müqayisəli təhlil aparan “Sankei Shimbun” yapon gündəlik qəzeti yazır ki, Rusiya bu iddialarla razı deyil. Bu bəyanata cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Cənub Kuril adaları İkinci Dünya Müharibəsi vaxtlarından Rusiya Federasiyasına qanuni şəkildə aiddirlər. Maraqlıdır ki, nazirlik Yaponiyanı tarix dərslərini mənimsəyə bilməməkdə ittiham edib:

 

“Dünya cəmiyyəti Rusiyanı sərt tənqid edir. Səbəb bu ölkənin beynəlxalq hüququ pozub keçən il Krımı özünə birləşdirməsidir. Yaponiyanın xarici işlər naziri Kisida, sadəcə, dünya ictimaiyyətinə izah edib ki, Ukraynada vəziyyət bu problemlə müqayisə edilə biləndir. Burada diqqət ona yönəldilirdi ki, status-kvo o zaman güc yoluyla dəyişdirilmişdi. Çox ehtimal ki, Rusiyanın sərt cavabı onların ağrıyan yerinin sıxılması ilə bağlıdır “.

 

/publika/