bp-Azerbaijan şirkətində kütləvi ixtisarlar

Yüzlərlə insan işini itirə bilər…

Yüzlərlə insan işini itirə bilər.

bp-Azerbaijan şirkətində kütləvi ixtisarlar başlayıb.

Bu barədə Oxu.Az şəxsi mənbələrindən məlumat əldə edib.

Məlumata görə, hər gün 40 nəfərədək insan işini itirir. İşdən çıxarılma siyahı üzrə həyata keçirilir.

Mənbənin sözlərinə görə, işdən çıxarılan əməkdaşın həmin şirkətdə çalışma müddətindən asılı olaraq, ona 3 yaxud 6 aylıq məvacibi verilir. Mənbə bildirir ki, artıq yüzdən çox insan işini itirib.

Məsələ ilə bağlı Oxu.Az-a danışan bp-Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı şirkətin bu gün ərzində bəyanatla çıxış edəcəyini bildirib.

www.oxu.az