Elman Mehdiyev pensiya artımı ilə bağlı detalları açıqladı

DSMF sədri rəqəmləri açıqladı…

DSMF sədri rəqəmləri açıqladı.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədriElman Mehdiyev deyib.

Fond sədri bildirib ki, 3 milyona yaxın sığortaolunan fərdi hesablarındakı pensiya kapitalları da bu indeksləşdirilməyə məruz qalacaq.

“Sərəncama əsasən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) bütün növ əmək pensiyalarının sığorta hissəsi, sığortaolunanların fərdi hesablarında qeydiyyata alınan pensiya kapitallarının 2014-cü ilin inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməsi tapşırılıb.

Fond tərəfindən bu tapşırığın icrası avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək. Ümumilikdə, bütün əmək pensiyaçılarının 95%-nin, yəni xüsusi rejimdə pensiya alanlar istisna olmaqla yerdə qalan 1 milyon 215 min pensiyaçıya bu artım şamil olunacaq”- deyə, fond rəhbəri bildirib.

www.oxu.az