Gənclərin mənzil problemi həll oluna bilər

“2015-2025-ci illər ərzində”…

“2015-2025-ci illər ərzində”.

2025-ci ilin sonuna qədər ölkədə gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri davamlı olaraq təkmilləşdiriləcək.

Oxu.Az xəbər verir ki, bu, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.

2015-2025-ci illər ərzində gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədilə zəruri məişət və məşğulluq infrastrukturu yaradılacaq, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsi yüksəldiləcək.

Regionlarda yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənc sahibkarların sayının artması və gənclər arasında hüquqpozmaların sayının azalmasına nail olmaq da qarşıya məqsəd qoyulub.

Strategiyaya əsasən, qeyd olunan müddətdə gənclərin beynəlxalq əlaqələri, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələri inkişaf etdiriləcək.

www.oxu.az