Putin: Rusiya ötən il 60-dan çox ölkəyə silah və hərbi texnika satıb

“Rusiya silah və hərbi texnikasının ixracının həcmi ötən il 15 mlrd dolları keçib”…

“Rusiya silah və hərbi texnikasının ixracının həcmi ötən il 15 mlrd dolları keçib”.

Rusiya silah-sursatları və hərbi texnikasının ixracı 2014-cü ilin yekunlarına görə 15 mlrd dolları keçib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezidentin sözlərinə görə, Rusiya ötən il 60-dan çox ölkəyə silah və hərbi  texnika satıb.

Rusiyanın hərbi təyinatlı yeni texnikasına dair yeni kontraktların həcmi 14 mlrd dollar təşkil edib.  

www.oxu.az