İlham Əliyev: “ASAN xidmət” bir dönüş yaratdı

“Bu sistemi bütün sahələrdə tətbiq etməliyik”…

“Bu sistemi bütün sahələrdə tətbiq etməliyik”.

“ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Prezident qeyd edib ki, on avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatlar gəlir.

“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik”.

www.oxu.az