Ölkəmiz Gürcüstanın ticarət sahəsində ikinci əsas tərəfdaşıdır…
Ölkəmiz Gürcüstanın ticarət sahəsində ikinci əsas tərəfdaşıdır.
2013-cü il ilə müqayisədə 2014-cü ildə Gürcüstandan Azərbaycana ixrac 23% (165,5 milyon dollar) azalaraq 544,4 milyon dollardan ibarət olub, bu, Gürcüstanın ümumi ixracının 19%-dir.
Bu barədə “Novosti-Qruziya”ya Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.
2014-cü il ərzində Gürcüstandan Azərbaycana 268 milyon dollar məbləğində minik avtomobilləri gətirilib, bu isə 2013-cü il üçün olan göstəricidən 133,1 milyon dollar azdır.
Hesabat dövrü üçün Azərbaycana 57,3 milyon dollarlıq armatur gətirilib, bu isə 2013-cü il üçün olan məbləğdən 17 milyon dollar çoxdur.
Bundan başqa, hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana idxalın həcmi azalıb. 2014-cü il ərzində 2013-cü il ilə müqayisədə Azərbaycandan Gürcüstana olan idxalın həcmi 2,3% azalaraq 638 milyon dollardan ibarət olub, bu isə Gürcüstana olan idxalın 7,4%-dir.
Neft qazlarının və təbii qazın idxalı bu dövr üçün 1,4 milyon ton olub, bu, 288 milyon dollar məbləğindədir, bu isə 2013-cü il üçün olan məbləğdən 27,1 milyon dollar çoxdur. Hesabat dövrü üçün Azərbaycandan Gürcüstana 241 milyon dollar məbləğində 286 min ton neft və 241 milyon dollarlıq neft məhsulları göndərilib, bu isə 2013-cü ildə olan göstəricidən 35 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ikinci yeri tutub. Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi 2014-cü il üçün 1,182 milyon dollardan çox olub, bu isə 2013-cü il üçün olan göstəricidən 11,3% azdır. Azərbaycan ilə ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 10,3%-dir.