Nazir Prezidentdən xahiş etdi

Heydər Əsədov təklif irəli sürüb…

Heydər Əsədov təklif irəli sürüb.

Mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir Prezidentə müraciət edərək bildirdi ki, 2015-ci ildə ölkədə Toxum Fondunun yaradılması məsələsinə yenidən baxılmalıdır:

“Ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə ölkədə  Toxum Fondu yaradılmalıdır”.

Nazirin sözlərinə görə, aqrar sektorda olan bir çox məsələlərə ölkə Prezidenti yenidən baxmalı və müvafiq qərarlar qəbul etməlidir:

“Yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması vacibdir”- deyə, nazir bildirdi.

www.oxu.az