Agentlik Rusiyada ÜDM-in aşağı düşəcəyini proqnoz edir…
Agentlik Rusiyada ÜDM-in aşağı düşəcəyini proqnoz edir.
Moody ‘s beynəlxalq reytinq agentliyi Rusiyada 2015-ci ildə ÜDM-in 5.5%-ə qədər düşəcəyini proqnoz edir.
Oxu.Az xəbər verir ki, Moody ‘s-in qiymətləndirməsinə görə, Rusiyada iqtisadi artımın kəskin azalması öz növbəsində ölkənin Ermənistanda iqtisadi fəallığını azaldacaq.
Qeyd edək ki, artıq Dünya Bankı da Rusiyanın ÜDM-in 2015-ci ildə aşağı düşəcəyini proqnoz edib. Ekspertlərin fikrincə, enmə 2.9% təşkil edəcək. Əvvəlki qiymətləndirməyə əsasən, bu, 0.7% təşkil edirdi.
Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukaev öncə bildirib ki, 2015-ci ildə ÜDM-in azalması neftin qiymətinin 45 dollar olması ilə 4-5% təşkil edəcək.