Ərdoğan Sarkisyanı belə doladı

Rəsmi dəvət göndərildi…

Rəsmi dəvət göndərildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib. 

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini də həmin tarixdə təşkil olunacaq şənliklərə dəvət edib. 

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır.

www.oxu.az