O, 2012-ci ilin martından bu vəzifəni tuturdu…
O, 2012-ci ilin martından bu vəzifəni tuturdu.
Rusiya Prezidenti Vladimir Putin “Rossotrudniçestvo”nun rəhbəri Konsantin Kosaçovun vəzifəsindən azad edilməsi barədə fərman verib.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, fərman imzalandığı gündən qüvvəyə minir.
Hazırda Kosaçov Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin sədridir.
Öncə bildirilmişdi ki, Kosaçov vəzifəsini dekabrın 18-də tərk edəcək və Federasiya Şurasına keçəcək.
Kosaçovun müavini Viktor Ratnikov “Rossotrudniçestvo”nun rəhbəri vəzifəsini icra edən təyin edilib.
Kosaçov 2012-ci ilin martından “Rossotrudniçestvo”ya rəhbərlik edib.