Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir…
Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir.
Yanvarın 15-də Moskva metrosunda istifadəyə verilmiş birbaşa keçidli yeni vaqonlar həmçinin Bakı metropliteninə də çatdırılacaq. Bakı metropoliteni üç belə qatar alacaq.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Metrovaqonmaş” ASC-nin yeni qatarlarının baş mühəndisi Sergey Litvinovbildirib.
Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir. Buna görə də o, elektrik enerjisinə qənaət edir. Qatar mavi və bənövşəyi rəngə boyanıb. Qeyri-adi rənginə görə metropoliten əməkdaşları qatarı “badımcan qatar” adlandırırlar.
“Hazırda biz Bakı metropoliteni üçün üç qatarın çatdırılması üçün müqaviləni yerinə yetiririk”,- Sergey Litvinov deyib.
O əlavə edib ki, “Metrovaqonmaş”ın əvvəlki nisbətən ucuz qatarları ilə həmçinin Yekaterenburq, Nijni Novqorod və Sankt-Peterburq metroplitenləri də maraqlanır.
/Oxu.az/