Sarkisyan Ərdoğanın dəvətini qəbul etmədi

Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb…

Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etməklə bağlı dəvətini rədd edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə S.Sarkisyanın mətbuat xidməti məlumat yayıb. 

Yanvarın 15-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmişdi. Bununla bağlı, aprelin 24-də Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək. 

www.oxu.az