O, xidməti maşınına əyləşərək gözdən itib…
O, xidməti maşınına əyləşərək gözdən itib.
Ermənistan Prezidenti Serj Sarkisyanı ali baş komandan olması ilə bağlı jurnalistlərin iradları əyləndirib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün Ordu günü ilə bağlı Erablur memorial kompleksini ziyarət edən zaman jurnalistlər prezidentdən Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin artmasını necə qiymətləndirdiyini maraqlanmaq istəyiblər.
Lakin Serj Sarkisyan suallara cavab verməyərək qeyd edib: “İndi müdafiə naziri yaxınlaşacaq, sualları ona verərsiniz”. Jurnalistlərin onun – Serj Sarkisyanın ölkənin ali baş komandanı olması ilə bağlı iradına, Sarkisyan gülərək qeyd edib: “Doğrudan?”. Bundan sonra o xidməti maşınına əyləşərək gözdən itib.
www.oxu.az