Prezident xanımı bu addımı ilə bütün dünyaya qadın azadlığı ilə bağlı mesaj göndərib…
Prezident xanımı bu addımı ilə bütün dünyaya qadın azadlığı ilə bağlı mesaj göndərib.
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama dünya mediasının gündəminə gəlib.
Oxu.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının yeni kralı Salmanın görüşünə başıaçıq gedib. Prezident ailəsi kral Abdullanın vəfatı ilə bağlı Ərəbistandakı kral ailəsinə başsağlığı verib.
Ər-Riyaddakı qarşılanma mərasimində Mişel Obama bağlı geyinsə də başında örtüyü olmayıb. Bu da Krallıqda narazılıqlara səbəb olub. Amerikanın birinci xanımı etik kodeksləri pozmaqda ittiham edilib.
Bəzi qərb qəzetlərinin yazdığına görə isə prezident xanımı bu addımı ilə bütün dünyaya qadın azadlığı ilə bağlı mesaj göndərib.
Qeyd edək ki, Mişel Obama bundan əvvəl İndoneziyada məscidə getdiyi zaman baş örtüyündən istifadə edib. Məhz buna görə də xanım Obamanın Səudiyyə Ərəbistanında, kral qarşısında başıaçıq çıxmağı planlı addım kimi qiymələndirilir.
/Oxu.az/