Lukaşenko Avrasiya İttifaqından çıxacağı ilə hədələyir

“Rusiyanın torpaqlarına iddia etmək üçün axmaq olmaq lazımdır”…

“Rusiyanın torpaqlarına iddia etmək üçün axmaq olmaq lazımdır”.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Avrasiya İqtisadi Birliyindən (AİB) çıxa biləcəyini istisna etmir. Bu barədə Oxu.Az “Belta”ya istinadən xəbər verir. 

Onun sözlərinə görə, ticari münasibətlərin inkişafının bu cür variantı Rusiya ilə ticarət müharibəsinin davam edəcəyi halda mümkündür. Lukaşenko xatırladıb ki, Rusiyada qadağan olunmuş Avropa Birliyi məhsullarının təkrar ixracına şübhələrə görə Moskva Belarusdan tədarüklərə məhdudiyyət qoyurdu.  

Lukaşenko, öz növbəsində, məhdudiyyətləri AİB-in qaydalarının pozulması hesab edir. 
“Əgər sazişə riayət olunmasa, o zaman Belarus özünün AİB-dən çıxmasını istisna etmir”, – o bəyan edib. 

Onun sözlərinə görə, Rusiyanın torpaqlarına iddia etmək üçün axmaq olmaq lazımdır. 

“Mən Smolensk, Bryansk, Pskov torpaqlarından danışanda, bunu cavab olaraq demişdim… Bu, ritorik zarafat idi”, – deyə dövlət başçısı qeyd edib. 

“Bizə özgənin torpaqları lazım deyil. Biz özümüzün olanı başqasına verməməliyik. Öz torpaqlarımızın övlad və nəvələrimizə qalması arzuolunandır”, – Lukaşenko deyib. 

O qeyd edib, ki, Belarusun Bryanşina, Smolenşina və digər regionlarla gözəl münasibətləri var. 
“Bryansk, Smolensk, Pskova – Belarusun yarısına baxın. Baxın, görün orada nə qədər problem var. Onlar bizə lazımdır?”, – prezident qeyd edib. 

“Bu, real deyil. Sakitləşmək və başa düşmək lazımdır ki, bu, zarafat idi. Lakin əgər məndən sonra kimsə ağlını itirsə, fikirləşirəm ki, Belarus xalqı ona bu cür davranmağa imkan verməyəcək”, – o deyib. 

www.oxu.az