Yeni dəhlizin yaradılması məsələsinə baxıldı…
Yeni dəhlizin yaradılması məsələsinə baxıldı.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.
Azərbaycan XİN-dən Oxu.Az-a verilən məlumata görə, bu barədə Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan XİN başçıları arasında keçirilmiş görüşün nəticələrinə dair imzalanmış Birgə Bəyanatda bildirilir.
Qeyd olunur ki, xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verirlər.
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb”.
Bəyanatda qeyd olunur ki, üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə Tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.