“Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur”…
“Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur”.
Yaxın Şərq İnstitutunun və Jamestown Fondunun analitiki Aleks Vatankanın “The Washington Times” qəzetində “Postsovet məkanında ABŞ-ın Azərbaycana münasibətdə davamlı siyasət yürütməsinin zamanıdır” sərlövhəli məqaləsi dərc olunub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, müəllif yazır ki, ABŞ xarici siyasətinin çaşqınlığa uğradığı indiki zamanda Konqres və Administrasiya müttəfiq ölkələrin rəsmi Vaşinqtondan üz döndərməsinə mane olmalıdır. Azərbaycan da belə ölkələrdəndir. Son vaxtlar rəsmi Bakıda Vaşinqtonun öz strateji tərəfdaşlarına sadiqliyi məsələsində şübhələr artır.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ABŞ-ı özünün əsas strateji tərəfdaş kimi gördüyünü vurğulayan müəllif qeyd edir ki, bunun əsas səbəbi münaqişələrin həllində Birləşmiş Ştatların ədalətli vasitəçiliyinə inam olub. Məhz buna görə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ı vasitəçi kimi qəbul edib. İyirimi ildən artıqdır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə səbrlə ümid bəsləyir. Lakin bu məsələdə hələ ki, heç bir irəliləyiş yoxdur.
Müəllif Azərbaycanın ABŞ-a hər zaman sadiq qaldığını qeyd edərək, rəsmi Bakının da Birləşmiş Ştatların əsas götürdüyü dəyərlərə, xüsusilə də ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əməl etməsini gözlədiyini vurğulayır.