Dollar ucuzlaşır

“ABŞ-ın iqtisadi göstəriciləri bazarın yanvar ayında ümidlərini doğrultmadı”…

“ABŞ-ın iqtisadi göstəriciləri bazarın yanvar ayında ümidlərini doğrultmadı”.

Dollar satış nəticələrinə görə, ABŞ-ın ümumi daxili məhsul (ÜDM) üzrə məlumatı astanasında dünya valyutalarına nisbətən ucuzlaşır.

Belə ki, bu gün səhər dolların indeksi (ABŞ-ın əsas ticarət əməkdaşı olan altı ölkə valyutası səbətinə nisbətən) 0,13% – 94,56 bala qədər ucuzlaşıb.

Dolların kursu ienə görə, 118,28 iendən 117,86 ienə qədər ucuzlaşıb. Avronun dollara görə kursu 1,1321 dollardan, bir avro üçün 1,1340 dollara qədər artıb, Ria Novosti bildirib.

ABŞ Ticarət Nazirliyinin iqtisadi təhlil bürosu ölkənin ÜDM-in dinamikası üzrə 2014-cü ilin dördüncü rübü üçün ilkin qiymətləndirməsini dərc edəcək. Dailyfx.com portalının sorğusunda iştirak edən analitiklər, ABŞ ÜDM-nin illik 3% real artımını gözləyirlər. ABŞ ÜDM-nin artımı üçüncü rübdə 5%-dən ibarət olub.

“ABŞ-dan olan iqtisadi göstəricilər bazarın yanvar ayında ümidlərini doğrultmadı. Əgər bu, fevralda da davam etsə, bazar dolların möhkəmlənməsini artıma zərər yetirdiyini düşünəcək”, – deyə Reyter agentliyi Bank of Tokyo-Mitsubishi UFJ-nin baş strategi Minori Uşidadan (Minori Uchida) sitat gətirib.  

www.oxu.az