Yeni kral kadr dəyişikliklərinə başladı

Şahzadə Maşaal artıq Məkkənin qubernatoru deyil…

Şahzadə Maşaal artıq Məkkənin qubernatoru deyil.

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdul Əziz ölkə rəhbərliyində əhəmiyyətli kadr dəyişiklikləri edib. Bu barədə Səudiyyə Ərəbistanı televiziyası məlumat verir. 

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, kralın fərmanı ilə Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri Xalid ibn Bandar ibn Abdul Əziz vəzifəsindən çıxarılıb. 

Bununla yanaşı, şahzadə Bandar ibn Sultan Səudiyyə Ərəbistanının Milli təhlükəsizlik şurasının baş katibi vəzifəsindən azad olunub. 

Səudiyyə Ərəbistanının keçmiş kralının iki oğlu həmçinin vəzifələrindən azad olunublar. Şahzadə Maşaal Məkkə əyalətinin qubernatoru, şahzadə Turki isə paytaxt Ər-Riyadın meri vəzifəsindən çıxarılıb. 

Abdallanın digər oğlu şahzadə Miteb Milli qvardiya naziri vəzifəsindən azad olunub. 
Salman ibn Abdul Əziz bir həftə əvvəl – əvvəlki kral Abdallanın vəfatından sonra kral olub. 
 
www.oxu.az