“Azərsu” istehlakçıların işini asanlaşdırır

Qurum məlumat yaydı…

Qurum məlumat yaydı.

Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Ötən 8 ay ərzində vətəndaşlar tərəfindən “ASAN xidmət” mərkəzlərinə 10 013 müraciət daxil olub. 

Xatırladaq ki, 2014-cü ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılıb. Hazırda isə “Azərsu”nun xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub.

www.oxu.az