Səfirlik məlumat yaydı…
Səfirlik məlumat yaydı.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana təyin etdiyi səfir Robert Sekuta fevralın 12-də Bakıya gəlir.
Bu barədə Oxu.Az səfirliyin rəsmi saytına istinadən xəbər verir.
Xatırladaq ki, ABŞ Senatı dekabrda Robert Sekutanın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqləyib. O, bu vəzifədə keçmiş səfir Riçard Morninqstarı əvəz edəcək.