“Proses sürətlənəcək”…
“Proses sürətlənəcək”.
Azərbaycanda ipoteka kreditlərinin verilməsi elektronlaşdırılacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan İpoteka Fondundan məlumat verilib.
Bunun üçün İpoteka Fondu fevralın 2-dən etibarən “Elektron İpoteka Portalı”nı istifadəyə verəcək.
Fondun məlumatında göstərilir ki, bununla kreditləşmə prosesinin sürətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin etmək mümkün olacaq.
Bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə portalın veb səhifəsinə www.e-ipoteka.az saytına daxil olub müraciət edəcək. Müraciət üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil etməlidir.
Xatırladaq ki, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs Müvəkkil Kredit Təşkilatlarının İpoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.