Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib

Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.

Konstitusiya Məhkəməsinin kollektivi sonra “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib.

Səfər çərçivəsində Şuşa məscidinin bənzəri olan məscid ziyarət ediləcək, Prezident İlham Əliyevin Sərəncamı ilə aparılan tikinti-quruculuq işləri ilə tanışlıq olacaq.

AZƏRTAC