Azərbaycan dövlətinin siyasətində insan hüquqları prioritet məsələlərdən biridir”.
Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib: “Gender bərabərliyinin təmin edilməsi üçün bir çox addımlar atılır. Qadınlara qarşı zorakılıq və digər halların başvermə səbəbləri ilkin olaraq araşdırılmalıdır. Yəni, bu sahədə bir fakt üzərində dayanmaqla kifayətlənmək olmaz”.
Ombudsman xatırladıb ki, bu günə qədər Azərbaycanda 11 dəfə amnistiya aktı qəbul edilib, ölkə başçısı tərəfindən 62 əfv fərman və sərəncamları imzalanıb: “Nəticədə 10 minlərlə insan azadlığına qovuşub”.
Report