Ermənistan Apelyasiya Məhkəməsində ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham olunan sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından Baş Prokurorluğun verdiyi protest araşdırılır.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Baş prokuror Artur Davtyan bildirib.
O deyib: “Hazırkı mərhələdə Koçaryanın həbsdə saxlanılmasını zəruri bilirik”.
Xatırladaq ki, bu il noyabrın 15-də Ermənistan Kassasiya Məhkəməsi keçmiş dövlər başçısı kimi toxunulmazlıq hüququna malik olduğu üçün R.Koçaryanın azadlığa buraxılması barədə Apelyasiya Məhkəməsinin qərarından Baş Prokurorluğun protestini təmin etmişdi. Vəkillərin bu barədə ərizəsi təkrar araşdırmaya yönəldilmişdi.
R.Koçaryan 2008-ci ildə Konstitusiya quruluşunu devirmək ittihamı ilə İrəvan Şəhər Məhkəməsinin qərarı ilə bu il iyulun 28-də həbs olunmuşdu.