Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib

İyunun 18-də Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Qyorgiyev ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri və inkişaf perspektivləri müzakirə edilib.

AZƏRTAC