Tunisdən İtaliyaya yola düşmüş və göyərtəsində 50 nəfər qanunsuz miqrantın olduğu gəmi Lampedusa adası yaxınlığında batıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qəza yerinə gələn italiyalı xilasedicilər səkkizi uşaq olmaqla, doqquz nəfərin cəsədini çıxarıblar. Qeyd olunur ki, 22 nəfəri xilas etmək mümkün olub, 19 miqrant isə itkin düşüb.
İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir ki, onlara bazar ertəsinə keçən gecə adanın sahillərində qaçqın gəmisinin batması barədə məlumat daxil olub. Sahil Xidmətinə və Mali polisinə məxsus olan iki gəmi onların yardımına göndərilib. Qəzanın səbəbinin pis hava şəraiti və miqrantların ağırlığı kiçik gəminin bir tərəfinə salması olub. Səhər saatlarına qədər işləyən xilasedicilər 22 nəfəri xilas edib, 9 qaçqının cəsədini tapıblar, amma daha 19 miqrant itkin düşüb. Onların tapılması üçün axtarış-əməliyyat tədbirləri davam edir.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) sözçüsü Flavio Di Giakomo gəmidəki insanların Tunis və Qərbi Afrika ölkələrinin vətəndaşları olduqlarını bildirib.
AZƏRTAC