Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Zaqatalada səyyar xidmət keçirilib.
Şəki Regional Miqrasiya İdarəsi könüllülərinin də yaxından iştirak etdiyi səyyar xidmətin imkanlarından 31 şəxs yararlanıb. 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd, 18-inə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, həmçinin 4 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. Bundan başqa, 8 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, iş icazələrinin alınması ilə bağlı müraciət üçün sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Dövlət Miqrasiya Xidməti