“Xocalı soyqırımı zamanı 196 nəfər itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatındadır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev Tbilisidə faciənin 28-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində bildirib.
Onun sözlərinə görə, həmin şəxslər arasında 36 nəfər uşaq, 65 nəfər qadın, 34 nəfər qoca var: “İtkin düşmüş 196 nəfərdən 95 nəfərinin işğal zamanı əsir, girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilib. Xocalının işğalı zamanı ermənilər tərəfindən əsir, girov götürülmüş və sonradan müxtəlif yollarla azad edilmiş 413 nəfərin hadisə ilə bağlı həm yazılı, həm də video ifadələri alınaraq Dövlət Komissiyasında arxivləşdirilib”.
Report