Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi “Online Hüquqi məsləhət” layihəsinin icrasına başlamışdır

 Layihənin məqsədi Covid19 virusu il mübarizənin aparıldığı dövürdə vətəndaşlara məsafədən hüquqi məsləhət verməkdir. Layihə barədə məlumat verən birliyin sədri Rüfət Cavadzadə Nazirlər Kabineti yanında operativ qərargahın fəaliyyəti nəticəsində   koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə zəruri tədbirlərin davam etdirildiyini, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaq olduğunu, indiyə qədər mərhələli şəkildə görülmüş tədbirlərin ünsiyyətin xeyli azalmasına səbəb olduğunu vurğulamışdır. O həmçinin qeyd etmişdir ki, müəyyən zəruri işlər səbəbindən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur ki, bu hal infeksiyanın yayılması təhlükəsini artırır. Bu səbəbdən infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən uğurlu tədbirlərə  dəstək vermək məqsədi ilə Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi tərəfindən “Online Hüquqi məsləhət” xidmətləri layihəsinə start verilmişdir.

“Online Hüquqi məsləhət” xidmətləri çərçivəsində Birliyə məxsus elektron, poçt ünvanları, sosial şəbəkələrdə olan profil və səhifələr vasitəsi ilə vətəndaşların hüquqi sorğuları cavablandırılacaq və zərurət olduğu halda müxtəlif sənəd (Ərizə, İddia ərizəsi, qərar, şikayət) nümunələri onlara təqdim ediləcəkdir.

Layihədən faydalanmaq istəyənlər üçün əlaqə vasitləri:

e-mail: [email protected]

https://www.facebook.com/legal.help1/
https://www.facebook.com/gmid.huquqi.meslehet/
https://www.instagram.com/gmidlegalcenter/