Öz missiyasını başa vuran Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin müşahidə olunmaması fikri ilə razı deyil. Məlumatı “Mediamaks ” yayıb.
“İrəliləyiş var, lakin bir çoxlarının ümid etdiyi ciddi şəkildə deyil “, – o qeyd edib.
“Bizim region ölkələri ilə sıx münasibətlərimizi dərinləşdirməyimiz faktı o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün getdikcə daha ciddi məsələyə çevrilir. Biz bu prosesə böyük diqqət yerirməkdə və ATƏT-in Minsk qrupu çərçivəsində səylərin dəstəklənməsi üçün yollar axtarmaqda davam edəcəyik “, – Semnebi vurğulayıb… Trend