ABŞ bütün dünyanı Rusiya ilə sazişlərdən imtina etməyə çağırıb

“Rusiya ilə indi adi biznes qurmaq olmaz”…

“Rusiya ilə indi adi biznes qurmaq olmaz”.

Vaşinqton bütün dünyanı Moskva ilə işgüzar əlaqələr qurmamağa çağırıb və yeni müqavilələrə nəzarət etdiyi barədə xəbərdarlıq edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Vaşinqtonda brifinq zamanı “Biz əvvəlki kimi bütün ölkələri Rusiya ilə biznes qurmamağa çağırırıq”.

Amerika xarici siyasət idarəsinin mətbuat katibi əlavə edib ki, Moskvanın yeni müqavilələrinə nəzarət etməyə davam edir.

Onun sözlərinin Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırış olması barədə suala Psaki inkar cavabı verib.

“Vəziyyəti nəzərə alaraq, Rusiya ilə bu dəqiqə adi biznes qurmaq olmaz”, o əlavə edib.

Dövlət Departamentinin bəyanatı Vladimir Putinin Hindistana olan səfərindən sonra səslənib. Rusiya prezidentinin səfəri zamanı 16 sənəd imzalanıb. Əldə edilən razılıqlar sırasında –  “Kudankulam” AES-nın üçüncü və dördüncü bloklarının tikilməsi haqqında razılaşma da olub.

Dekabrın 12-də Psaki Hindistanı ABŞ-ın “mühüm əməkdaşı” adlandırıb və vurğulayıb ki, Dehlinin Moskva ilə əməkdaşlığı Barak Obamanın bu ölkəyə səfərinə təsir etməyəcək.

Bir gün öncə Psaki Dövlət Departamenti adından Rusiya liderini Hindistanda Krım rəhbəri Sergey Aksenovun müşayiət etməsi faktına dair narahatlıq bildirmişdi.

www.oxu.az