ABŞ-da neft kəskin ucuzlaşdı

2012-ci ilin payızından bu günədək ən aşağı qiymətlər…

2012-ci ilin payızından bu günədək ən aşağı qiymətlər.

ABŞ-da 2013-cü ilin əvvəlindən ilk dəfə olaraq, neftin qiyməti bir barelə görə 90 dollara düşüb.

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, WTI markalı neftin kotirovkalarının qiyməti 1,15% azalaraq, bir barelə görə 88,70 dollara düşüb.

Qərbi Texasdan hasil olunan neftin qiyməti son 17 ay ərzində ilk dəfə olaraq, bir barelə görə 90 dollardan aşağı həddə düşüb.

Bununla yanaşı, Brent markalı neftin kotirovkası bu gün 1,46% azalaraq, 2012-ci ilin payızından indiyədək ən aşağı həddə – bir barelə görə 92,79 dollara düşüb.

www.oxu.az