“Azərbaycan və Ermənistan arasındakı münaqişə zamanı faciəvi insan itkisi bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz”…
“Azərbaycan və Ermənistan arasındakı münaqişə zamanı faciəvi insan itkisi bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz”.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı sualı cavablandırarkən deyib.
C.Psaki bildirib ki, münaqişənin sülh yolu ilə nizamlanması regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasına yardım edə bilər. O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ sülhə nail olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir.
/Apa/