ABŞ İlham Əliyevin əfv sərəncamını şərh edib

“Biz hadisələrin belə inkişafını alqışlayırıq”…

“Biz hadisələrin belə inkişafını alqışlayırıq”.

Amerika Birləşmiş Ştatları İlham Əliyevin 84 məhbusun əfvi barədə sərəncamını alqışlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd edilib ki, əfv olunanların arasında NİDA hərəkatının üç üzvü – Şahin Novruzlu, Elsevər Mürsəlli və Bəxtiyar Quliyev, eləcə də QHT rəhbəri Həsən Hüseynli var.  

“Biz hadisələrin belə inkişafını alqışlayırıq”- ABŞ Dövlət Departamentinin rəsmi saytındakı məlumatda deyilir.

Qeyd edək ki, Xarici İşlər və Siyasi Təhlükəsizlik Şurasının ali nümayəndəsi Ketrin Eşton və qonşuluğun inkişaf etdirilməsi və Avropa siyasəti məsələləri üzrə Avropa komissarı Ştefan Füle müştərək bəyanatlarında əfv sərəncamını alqışlayıb və bunu müsbət addım kimi qiymətləndiriblər.

www.oxu.az