ABŞ-ın Azərbaycandakı Səfirliyi məşhur amerikalı telejurnalistin Dağlıq Qarabağa səfər planına aydınlıq gətirdi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın tanınmış telejurnalisti, CNN-in sabiq aparıcısı Larri Kinqin işğal olunmuş Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib…

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın tanınmış telejurnalisti, CNN-in sabiq aparıcısı Larri Kinqin işğal olunmuş Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib. Səfirlikdən Trend-ə eksklüziv açıqlamada bildiriblər ki, amerikalı telejurnalist Larri Kinqin səyahət planları barədə məlumatsızdırlar: “Mövcud münaqişə səbəbiylə, biz Dağlıq Qarabağda ABŞ vətəndaşlarına konsulluq xidmətləri təklif etmirik “.

 

Səfirlikdən bildirilib ki, ABŞ bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atmağa çağırır.

 

Qeyd edək ki, bəzi xarici KİVlər məşhur telejurnalist Larri Kinqin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdırması barədə xəbər vermişdi. Məlumatda qeyd olunur ki, qondarma Dağlıq Qarabağın separatçı rejiminin lideri Bako Saakayan jurnalisti Dağlıq Qarabağ dəvət edib və Larri King dəvəti qəbul edib. /Trend/