Sekuta əvvəllər diplomat kimi Tokioda və Berlində xidmət edib…
Sekuta əvvəllər diplomat kimi Tokioda və Berlində xidmət edib.
Vaşinqtonda, Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Sekuta komitə səsverməsində təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosu məlumat yayıb.
Səfirin Bakıya nə vaxt gələcəyi hələ ki, açıqlanmır.
Sekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışır. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.
Robert Sekuta diplomat kimi Tokioda və Berlində xidmət edib.
Robert Sekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.